Bakıdakı yanğın bir neçə mənzilə ziyan vurdu

bakidaki-yangin-bir-nece-menzile-ziyan-vurdu
Oxunma sayı: 1492

Paytaxtda baş vermiş yanğın zamanı bir neçə mənzil zərər çəkib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonunda baş verib.

Belə ki, rayonda vətəndaşlara məxsus ümumi sahəsi 60 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan taralar yanıb. Yanğın zamanı yaxınlıqda olan çoxmərtəbəli yaşayış binasında vətəndaşlara məxsus mənzillərin aynabəndləri və məişət əşyaları yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 16:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.