Bakıdakı yanğın söndürüldü - Video + Yenilənib

bakidaki-yangin-sonduruldu
Oxunma sayı: 11095

Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodların birində baş verib.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.

***

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.

Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

***

FHN-in yaydığı son məlumata əsasən, qurumun qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN Mətbuat xidmətinidən verilən məluymata görə, Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.