Bakıdakı yanğında xəsarət alan olmayıb - Video+Yenilənib

bakidaki-yanginda-xesaret-alan-olmayib
Oxunma sayı: 9241

Bakıda restoranda yanğın başlayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.

***

Yanğınla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam örtüyü yanıb.

Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib. 

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub. 

Yanğın zamanı xəsarət alan olmayıb.