“Qafqazinfo” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Nobel prospekti və Zığ Şossesi ilə kəsişmədə Nargilə kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən xahiş edir ki, Heydər Əliyev prospekti və ya Babək prospekti ilə hərəkət etsinlər.
Hadisə yerində FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.
Son xəbərlər
Son Xəbərlər