"Qafqazinfo" xəbər verir ki, bu barədə 101 FM-in xəbər aparıcısı Əzizə İsmayılova sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, 88 saylı marşrutun sürücüsü avtobusa daha çox sərnişin yığmaq üçün bu addımı atdığını özü təsdiq edib. Problemlə bağlı jurnalist xəttin rəhbəri ilə də əlaqə saxlayıb. Rəhbər şəxs belə bir halın mümkünsüz olduğunu bildirsə də, çəkilmiş şəkilləri gördükdən sonra problemin sabah həll ediləcəyini nəzərə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər