Bakıdan Ankaraya gedən təyyarə təcili eniş etdi

bakidan-ankaraya-geden-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 2941

“Buta Airways” aviaşirkətinə məxsus “J2 9111” nömrəli təyyarə Ankaranın Esenboğa Hava limanında məcburi eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 07:39-da Bakıdan havaya qalxan təyyarə qeyri-sabit hava şəraitinə görə Alanya Hava Limanına eniş edə bilməyib. Nəticədə, kapitan Esenboğa Hava Limanına getmək qərarı verib.

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Şirkətdən bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.