Bakıdan Batumiyə uçan təyyarə Tbilisiyə təcili eniş etdi - Yenilənib

bakidan-batumiye-ucan-teyyare-tbilisiye-tecili-enis-etdi
Oxunma sayı: 2639

“Buta Airways” aviaşirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. "Embraer 190" markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.

***

12:06

Təyyarə Bakı vaxtı ilə saat 12:06-da Tbilisidən Batumiyə yola düşüb.