“Azərbaycan Hava Yolları” (AZAL) aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri uçuşlar həyata keçirəcək.
Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.
Son xəbərlər
Son Xəbərlər