Bakıdan bu şəhərə birbaşa aviareyslər açılır

bakidan-bu-sehere-birbasa-aviareysler-acilir
Oxunma sayı: 5603

Oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.