Bakıdan bu şəhərə reys açılır

bakidan-bu-sehere-reys-acilir
Oxunma sayı: 9294

Mart ayında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Belə ki, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.