Bakıdan daha bir şəhərə uçuşlar başlayır

bakidan-daha-bir-sehere-ucuslar-baslayir
Oxunma sayı: 7958

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək.

İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.