Bakıdan foto paylaşıb Azərbaycanı tərk etdiyini açıqladı

bakidan-foto-paylasib-azerbaycani-terk-etdiyini-aciqladi
Oxunma sayı: 4409

Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Almaniya səfiri Volfqanq Maniq Bakını tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı səfir öz tviter hesabında paylaşıb.

“Sağ ol, Azərbaycan, səninlə keçən vaxt gözəl idi”, - deyə səfir qeyd edib.

Səfir, həmçinin Bakı fonunda öz həyat yoldaşı ilə fotosunu da paylaşıb.

Xatırladaq ki, iyunun 25-i xarici işlər naziri Ceyhun Bayramov V. Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.