Bakı-Moskva reysi ilə uçan təyyarə Volqoqrad hava limanında təcili eniş edib. "Qafqazinfo" bildirir ki, bu barədə "RİA Novosti"yə hava limanının mətbuat katibi Anastasiya Qolodova məlumat verib.
Onun sözlərinə görə, "Aeroflot" aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsinə görə təyyarə Volqoqrad hava limanına təcili eniş edib. Həmin sərnişin təyyarədən çıxarılıb və xəstəxanaya yerləşdirilib.
İçində 85 sərnişin olan təyyarə 1 saat gecikmədən sonra Moskvaya çatıb.
Son xəbərlər
Son Xəbərlər