Türk Hava Yolları bu gün və sabaha planlaşdırılan 151 uçuş səfərlərini ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, hava yollarının rəsmi səhifəsində yerləşdirilən məlumatda 151 səfərin hava şəraiti ilə bağlı təxirə salındığı qeyd edilir.
Qeyd edək ki, bu gün üçün nəzərdə tutulan İstanbuldan Bakıya və əks istiqamətdə uçuşlar da ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər