Bakıdan İzmirə birbaşa reys

bakidan-izmire-birbasa-reys
Oxunma sayı: 2740

2018-ci il oktyabrın 6-dan etibarən milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - İzmirə birbaşa reyslər açacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, aviaşirkətin digər istiqamətləri kimi Bakı-İzmir (Adnan Menderes Aeroportu, IATA kodu: ADB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə - şənbə günləri yerinə yetiriləcək.