Bakıdan kriminal xəbər

bakidan-kriminal-xeber
Oxunma sayı: 658

Mayın 17-si saat 15 radələrində Buzovna qəsəbəsində Vaqif Hüseynov mübahisə zəminində Rauf Rəşidova bıçaqla xəsarət yetirdiyinə görə Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 17-nə keçən gecə M.Qardaşları küçəsində yaşayan İqor Mixaylova məxsus “VAZ-21051” markalı avtomobildən qapını sındırma yolu ilə şəxsi sənədlər oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsi Əhmədov Nəsimi RPİ PPXB və 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 17-si saat 21:40 radələrində Bakı – Mərdəkan yolunda Bakı şəhər sakini Kozıryeva Kristina Oleqovna idarə etdiyi “Honda” markalı avtomobillə Kürdəmir rayon sakini Nazilə Əhmədovanı vurub, piyada hadisə yerində ölüb.

Mayın 17-si saat 16:20 radələrində Yeni dairəvi yolda İmran Əliyevin idarə etdiyi “İsuzi” markalı yük maşını ilə Firudin Balakişiyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə “Mersedes”in sürücüsü və sərnişinlər – Tahirə Əhmədova, oğlu Ramin KTM-ə yerləşdirilib, digər oğlu Rasim isə hadisə yerində ölüb.

Mayın 17-si saat 01 radələrində Əmircan qəsəbəsində Sahib Hüseynova məxsus “VAZ-2106” markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Amil Ramazanov həmin gün saat 18 radələrində Neftçilər küçəsində avtomobillə birlikdə saxlanılıb.

Mayın 15-də Maştağa qəsəbəsi Xanlar küçəsində Telman Əzizov qarın və boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı ŞKX-yə daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Əzizova xəsarət yetirən Bakı şəhər sakini Mixail Orfanidis mayın 17-də Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən tutulub.