Bakıdan kriminal xəbərlər

bakidan-kriminal-xeberler
Oxunma sayı: 2078



Dekabrın 28-i 2013-cü il tarixdə Balaxanı qəsəbəsi Musavi küçəsində orada yaşayan Şahin Qədirzadə bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya daxil olub. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vahid Məmmədov tutulub.

Sabuçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Ramiz Məmmədov tutulub.

Martın 17-nə keçən gecə, Bakı şəhər sakini Rəşad Bədəlova məxsus Atatürk prospektində yerləşən mağazadan, qapını sındırma yolu ilə 17 ədəd noutbuk oğurlanıb. Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri Orxan Bayramov, Şəhriyar Əliyev və  Bakı şəhər sakini Zaur Kazımov tutulublar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Yusif Osmanlı tutulub.

Fevralın 26-a keçən gecə Naxçıvanski küçəsində yerləşən Bakı şəhər sakini Əli Əlibəyliyə məxsus marketdən, plastik qapını sındırmaq yolu ilə ərzaq və tütün məmulatları oğurlanıb. Nizami RPİ 24-cü və 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Gülşən İbiyeva, Sabirabad rayon sakini Namiq Yəhyayev, Biləsuvar rayon sakini İsmiəli Bayramov və Salyan rayon sakini Rövşən Cəfərov tutulub.