Aprelin 16-sı saat 21:40 radələrində, Xətai rayonu Zığ yolunda Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Orxan Cəfərli idarə etdiyi «Mercedes» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nazilə Fətullayevanı vurulub. Nəticədə, piyadaçı aldığlı xəsarətdən hadisə yerində ölüb.
Aprelin 16-sı saat 16:40 radələrində B.Sərdarov küçəsində «Kia» markalı avtomobili idarə edən Kürdəmir rayon sakini Cavid Məmmədov yol hərəkət qaydasını pozduğuna görə BPİ DYPİ əməkdaşları tərəfindən saxlanılmış və avtomobilindən pnevmatik tapança aşkar olunub.
Yanvarın 27-si saat 22 radələrində, Fətəliyev küçəsində yaşayan Rizvan Nəzərovun evindən, açar seçmə yolu ilə 6000 manat və 3700 ABŞ dollar oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərov və Ağdam rayon sakini Mələk Kazımova tutulub.
Suraxanı RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rauf Əliyevin üzərindən 22 qramdan artıq həşiş qətranı götürülüb.
Son xəbərlər
Son Xəbərlər