Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, eniş etdi

bakidan-moskvaya-ucan-teyyare-qus-surusu-ile-toqqusdu-enis-etdi
Oxunma sayı: 5023

Bu gün saat 20:31-də Bakıdan Moskvaya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə "Qafqazinfo"ya AZAL-dan məlumat verilib.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.