Bakıdan rayona yasa gedən ailə faciə yaşadı - Ölən var

bakidan-rayona-yasa-geden-aile-facie-yasadi
Oxunma sayı: 5944

Bu gün axşam saatlarında Qazax rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Çaylı kəndi ərazisində "Nissan" və "Ford" markalı avtomobillər toqquşub.

Nəticədə "Nissan"da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.