Bakıdan tarixi fotolarınız varsa, bu ünvana göndərin

bakidan-tarixi-fotolariniz-varsa-bu-unvana-gonderin
Oxunma sayı: 3272

Bakı şəhərinin vahid fotoarxivi yaradılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məlumat yayıb. 

İdarə bu məqsədlə əhaliyə müraciət edərək fotoşəkillərin qəbulunu elan edir. Bakının tarixi cəhətdən əhəmiyyətli, memarlıq və şəhərsalma baxımından önəm kəsb edən fotolarına sahib olan və arxivin yaradılması təşəbbüsünü dəstəkləyən şəxslərdən fotomaterialları [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.