Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı

bakidan-tbilisiye-ucan-teyyare-geri-qayitdi
Oxunma sayı: 3786

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına  qayıtmaq  qərarına gəlib.

Bu barədə "Qafqazinfo"ya AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.