Bakıdan Tel-Əvivə uçuşlar başlayır

Bakıdan Tel-Əvivə uçuşlar başlayır
Oxunma sayı: 1368

İyulun 11-dən “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək.

Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin, aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.