Bakıdan Zaqatalaya hərəkət edən mikroavtobus qəzaya düşüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala rayon sakini, 1980-cı il təvəllüdlü Əlixanov Şahin idarə etdiyi "Mersedes-Vito" markalı mikroavtobusla hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq çalaya düşüb.
Hadisə zamanı xəsarət alan sürücü Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər