“Qafqazinfo” xəbər verir ki,dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunubr ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilin eyvanından aşağı atmaq niyyətindədir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
APA-nın yaydığı xəbərə görə, intihar etmək istəyən Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova olub.
G. Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər