Bakının 26 faizi təhlükədədir- - Sürüşmə + Video

bakinin-26-faizi-tehlukededir-
Oxunma sayı: 2014


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, hazırda ölkə ərazisinin 25-26% təhlükəli sürüşmə zonasının 5-10%-i yeni yaranıb. Bu gün ölkədə sürüşmə təhlükəsilə bağlı böyük və nisbətən narahatlıq doğuran problem Bakı şəhərindədir.

Sürüşmə ilə bağlı aparılan tədqiqatlar onu göstərir ki, sürüşmə ocaqları ildən-ilə artır. Baxmayaraq ki, Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub. Lakin Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır.

“Sürüşmənin yaranmasında insan amilinin təsiri mütləq nəzərə alınmalıdır. Belə ki, kənd yaşayış məntəqələrində insanlar əkin sahələrinin suvarılmaq məqsədilə hədən artıq sudan istifadə edirlər. Eyni zamanda şəhərlərdə isə kanalizasiya və yaxud su xəttlərində yaranan sızmalar sonda sürüşmən prosesilərinin aktivləşməsinə gətirib çıxarır”, - deyə Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib.