Bakının 3 qəsəbəsində qaz olmayacaq

bakinin-3-qesebesinde-qaz-olmayacaq
Oxunma sayı: 7309

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 16 yanvar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.