Bakının 300-dən çox küçə və prospekti dezinfeksiya edildi

bakinin-300-den-cox-kuce-ve-prospekti-dezinfeksiya-edildi
Oxunma sayı: 1364

Bu gün səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. 

“Qafqazinfo”nun Bakı şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, bu işlərdə RİH-in strukturuna daxil olan xidmətlərin 37, Daxili İşlər Nazirliyinin 15 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar. 

Artıq saat 17:00-a kimi şəhər və qəsəbələr üzrə 300-dən artıq küçənin dezinfeksiyası təmin edilib.