“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki,Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ var. Mayın 19-u şikayətin verilməsi üçün son gün olub və yalnız bu gün saat 16:30-da "Bakı" futbol klubu tərəfindən apellyasiya şikayəti daxil olub.
Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün "Bakı" futbol klubunun apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.
Son xəbərlər
Son Xəbərlər