Bakının bəzi küçə və prospektlərində tıxac var

bakinin-bezi-kuce-ve-prospektlerinde-tixac-var
Oxunma sayı: 2074

Hazırda paytaxtda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Sıxlıq səbəbindən bəzi müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmə yaranıb. Bu dəqiqlərdə sıxlıq olan küçələr aşağıdakılardır: Heydər Əliyev prospekti kənar yol şəhər istiqaməti, Ziya Bünyadov prospekti 20 Yanvar istiqaməti və Tbilisi prospekti 20 Yanvar dairəsi istiqaməti”, - deyə məlumatda qeyd olunub.