Bakının bir hissəsi bu gecə susuz qalacaq

bakinin-bir-hissesi-bu-gece-susuz-qalacaq
Oxunma sayı: 1997

Bu gecə Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Qafqazinfo” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün saat 22:00-dan başlayaraq 12 saat müddətinə Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.