“Qafqzinfo” Azerisport.az-a istinadən xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti Pertti Alaya bildirib.
Bu qərarın qəbul edilməsinə səbəb, Finlandiyanın ən böyük idman arenası, Helsinkidəki Olimpiya stadionunun UEFA tələblərinə cavab verməməsi olub.
Xatırladaq ki, UEFA İcraiyyə komitəsi Bakını AÇ-2020-nin oyunların keçirməyə namizəd qismində təsdiqləyib. Ümumilikdə, 38 şəhər iddiaçı qismində çıxış edir:
Bakı (Azərbaycan), İrəvan (Ermənistan), Minsk (Belarus), Brüssel (Beçika), Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya), Praqa (Çexiya), Kopenhagen (Danimarka), London (İngiltərə), Lion (Fransa), Skopye (Makedoniya), Münhen (Almaniya), Afina (Yunanıstan), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma və Milan (hər ikisi İtaliya), Astana (Qazaxıstan), Amsterdam (Niderland), Varşava и Xojuv (hər ikisi Polşa), Lissabon və Portu (hər ikisi Portuqaliya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Belqrad (Serbiya), Madrid, Barselona, Bilbao, Valensiya (hamısı İspaniya), Solna (İsveç), Bazel (İsveçrə), İstanbul (Türkiyə), Kiyev və Donetsk (hər ikisi Ukrayna) и Kardiff (Uels).
Əlavə edək ki, 2020-ci ildə ən nüfuzlu qitə yarışının 60 illiyi şərəfinə AÇ 13 müxtəlif ölkədə keçiriləcək. Yarışın ev sahiblərini 2014-cü ilin sentyabr ayının 25-də elan edəcəklər.
Son xəbərlər
Son Xəbərlər