Bakının böyük ərazisi qaranlığa qərq oldu

bakinin-boyuk-erazisi-qaranliga-qerq-oldu
Oxunma sayı: 1775


Xətai rayonunun elektrik enerjisi ilə təchizatında problem yaranıb. “Qafqazinfo”nun məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, “Əhmədli” yarımstansiyasında böyük qəza olub. Bu səbəbdən də rayonun bir hissəsi işıqsız qalıb. 

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür. 

Qısa müddətdə rayonu elektrik təhzicatında yaranan problem aradan qaldrılacaq.