Bakının bu əraziləri susuz qalacaq

bakinin-bu-erazileri-susuz-qalacaq
Oxunma sayı: 1493


Azərsu SC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xətti köçürüləcək. Bununla əlaqədar yanvarın 15-də  Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.