Bakının bir sıra ərazilərində içməli suyun verilişi dayanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.
Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb.
Qəza briqadaları hadisə yerində işləyir.
Son xəbərlər
Son Xəbərlər