Bakının bu hissələrində su olmayacaq

bakinin-bu-hisselerinde-su-olmayacaq
Oxunma sayı: 5011

Bu gün axşam saatlarından başlayaraq fevralın 8-i gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən “Qafqazinfo”ya bildirilib.

Bu, Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədardır.