Bakının bu kəndlərində işıq olmayacaq

bakinin-bu-kendlerinde-isiq-olmayacaq
Oxunma sayı: 1189

“Azərişıq” bu gün və sabah bəzi ərazilərdə işığın kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Bağlar ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136  saylı y/st-ya gələn 110 kV-luq EVX-də yenidənqurma  işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.