Bakının bu küçələrində hərəkətə məhdudiyyət qoyulacaq

bakinin-bu-kucelerinde-herekete-mehdudiyyet-qoyulacaq
Oxunma sayı: 3165

Bakının Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Belə ki, saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində aparılacaq qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərə qeyd olunan istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmaları tövsiyə edilib.