Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

bakinin-bu-kucesinde-hereket-mehdudlasdirilir
Oxunma sayı: 2554

Aparılan təmir işləri ilə əlaqədar olaraq, İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün hərəkət qısamüddətlik məhdudlaşdırılır.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri tövsiyə olunur.