Bakının bu rayonlarında su fasilələrlə veriləcək

bakinin-bu-rayonlarinda-su-fasilelerle-verilecek
Oxunma sayı: 3033

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

 "Azərsu'" ASC-dən "Qafqazinfo"ya verilən məlumata görə, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.