Bakının bu rayonlarında su kəsiləcək

bakinin-bu-rayonlarinda-su-kesilecek
Oxunma sayı: 5139

Bakının iki rayonunda içməli su kəsiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.