Nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsi təsdiqlənməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Ə. Hüseynov vurğulayıb ki, sözügedən nizamnamədə çox ciddi yeniliklər var:
“Nəhayət ki, bizim ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq. Eyni zamanda Bakıdakı bütün parklanma yerləri, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.
Bakının bütün “svetofor”ları vahid mərkəzdən idarə ediləcək. Paytaxtın bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq.
Nəhayət, Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq və.s”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər