Bakının əksər küçələrində tıxac yarandı

bakinin-ekser-kucelerinde-tixac-yarandi
Oxunma sayı: 1064



“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, paytaxtın əksər küçə və prospektlərində yaranan tıxac ilaxır çərşənbəsi ilə əlaqədardır.
 
Tıxacın əsasən, Tbilisi, Babək, Neapol ,Heydər Əliyev, Azadlıq prospektlərində, habelə Bayraq meydanından şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Həsən Əliyev, Şeyx Şamil, Əziz Əliyev küçələrində müşahidə edildiyi bildirilib.

Sürücülərə həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.