Bakının ən gözəl park-həyəti Renessans Palace-da

bakinin-en-gozel-park-heyeti-renessans-palace-da
Oxunma sayı: 1760

Yasamal rayonu ərazisində yerləşən, ötən ilin sentyabrından təhvil verilən “Renessans Palace” yaşayış kompleksinin sakinləri asudə vaxtlarını onlar üçün yaradılan 1.5 hektarlıq park –həyətdə keçirə bilirlər. Kompleksin park tipli həyətində əkilən ağaclar və çiçəklərə xüsusi qulluq olunur. Parkın daha da gözəlləşməsi və təmiz ekoloji mühitin yaranması üçün burada mövsümə uyğun ağaclar və hər ay yeni  çiçəklər əkilir. Qazon örtüyü daim təmizlənir və biçilir. Yaşıllıqlar avtomatik damlama sistemi ilə sulanır.  

Parkın tam mərkəzində qurulan, müsiqili və musiqiyə uyğun işıqlanması ilə seçilən fantan həyətə xüsusi gözəllik və sərinlik verir.

Renessans Palace özünün balaca sakinləri üçün də xüsusi əyləncə zonası yaradıb. Burada quraşdırılan yelləncəklər və oyun meydançaları təhlükəsizlik üçün hər ay xüsusi diaqnostikadan keçirilir. 

Park –həyət 49 işıq dirəyi ilə axşam saat 8-00-dan səhər saat 6-00-dək avtomatik sistemlə işıqlandırılır. Sakinlərin təhlükəsizliyi tam təmin olunur və əraziyə kənar şəxslər buraxılmır.  

“Renessans Palace”da premium mənzilə sahib olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.