Bakının əsas magistral yollarında sürət həddi endirildi

bakinin-esas-magistral-yollarinda-suret-heddi-endirildi
Oxunma sayı: 2590

Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.