“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Caz Mərkəzində jurnalistlərə müsahibəsində “Mary McBride” qrupunun rəhbəri xanım Meri Mak Brayd deyib. O bildirib ki, Bakı çox gözəl şəhərdir. Dənizkənarı Milli Park adama xoş təsir bağışlayır. Həmçinin milli mətbəxinizin nümunələri çox dadlıdır. Azərbaycan çox gözəl ölkədir.
Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Alim Qasımov kimi görkəmli sənətkarların yaradıcılığından xəbəri olduğunu qeyd edən Meri Mak Brayd ölkəmizdə qaldığı müddətdə xalqımızın mədəniyyəti, musiqisi haqqında daha çox məlumat əldə edəcəyini və özü ilə aparacağını diqqətə çatdırıb.
Rəhbərlik etdiyi kollektivin fəaliyyətindən danışan amerikalı qonaq qeyd edib ki, o, “Mary McBride” qrupunu 2001-ci ildə yaradıb. Bildirib ki, ABŞ-ın müvafiq ölkələrdə səfirliklərinin maliyyə dəstəyi ilə 2011-ci ildən reallaşan layihə çərçivəsində qrupun ilk səfəri Rusiyadan başlayıb. Layihə çərçivəsində Səudiyyə Ərəbistanında, Pakistanda, Əfqanıstanda, İndoneziyada, Laosda, Vyetnamda, İtaliyada və digər yerlərdə olublar. Bu proqram mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.
Son xəbərlər
Son Xəbərlər