Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Əfsər Suanverdiyevdən 470 qram marixuana aşkar edilib.
Martın 3-də Şəhər şossesində naməlum sürücü Sumqayıt şəhər sakini Ayaz Əliyevə məxsus «Mercedes» markalı avtomobili idarə etdərkən Bakı şəhər sakini Röyal Ələkbərovu vurub və o aldığı xəsarətdən hadisə yerində ölüb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, «Mersedes» markalı avtomobili idarə edən Bakı şəhər sakini Koroğlu Piroğlanov tutulub.
Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elşən Əmirovdan 11 qramdan artıq tiryək götürülüb.
Martın 2-də Ə.Rəcəbli küçəsində yaşayan Əlibəy Kazımova məxsus içərisidə 150 manat olan pul kisəsini və 3 ədəd mobil telefonu oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Yəhyazadə tutulub.
Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Yamən Məmmədov tutulub.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Fəqan Səfərov tutulub.
Martın 1-də Q.Qarayev prospektində yerləşən naməlum şəxslər Xaçmaz rayon sakini Abdulla Abdullayevi döyüb hədə-qorxu gələrək 295 manat pulunu alıblar.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən şəxslərdən biri, Bakı şəhər sakini Orxan Məmmədov tutulub.
Fevralın 2-də Şərifli küçəsində yerləşən idman kompleksinin paltar dəyişmə otağında Bakı şəhər sakini Fariz Səmidovun asılqandan asılmış gödəkçəsinin cibindən 1353 manat, qol saatı, qızıl üzük, boyunbağı, Bakı şəhər sakini Faiq Mikayılovun isə pul kisəsindən 40 manat oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Samir İmanov tutulub.
Son xəbərlər
Son Xəbərlər