Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1151


Yanvarın 13-də Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Mirorxan Kərimovu bıçaqla hədələyib mobil telefonunu və pulunu almışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Xaçmaz rayon sakini Fikrət İsayev tutulub.

Yanvarın 13-ü saat 10 radələrində, Xəzər rayonu Şüvələn–Zirə şossesində, Bakı şəhər sakinləri 1976-ci il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi «VAZ-2107» markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi «Mercedes» markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi «Ford» markalı avtomobillər toqquşmuş, nəticədə R.Abbasov aldığı xəsarətdən hadisə yerində ölüb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Natiq İsmayılov tutulub.

Sabunçu RPİ NMB və CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini əvvəllər məhkum olunmuşlar Rövşən Əhmədovdan 0,325 qram, Xaçmaz rayon sakini Elxan Nəsirovdan 5,177 qram və Naxçıvan şəhər sakini Aydın Hüseynovdan 45,296 qram heroin götürülüb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Eldar Ağayev tutulub.