Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1101

Yanvarın 15-i saat 22:50 radələrində Yuxarı Çiçək yaşayış massivində yaşayan Əbülfəz Məmmədov mübahisə zəminində həyat yoldaşı Günel Aslan qızını döyərək bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmiş, sonuncu KTM-ə daxil olmuş və yanvarın 16-da orada ölüb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Yanvarın 15-i saat 19 radələrində H.Cavid prospektində naməlum şəxs Bakı şəhər sakini Şəms Qocayevanın əlindən çantasını alıb qaçmağa cəhd göstərmişdir. Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Marina Abdullayeva Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 16-sı saat 14 radələrində Nizami rayonu M.Abbasov küçəsində Bakı şəhər sakini Calal Məhərrəmov idarə etdiyi «Honda» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nəsibə Cabbarovanı vurmuş, sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Suraxanı RPİ 31-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Famin Axundov tutulmuşdur. Məlum olmuşdur ki, o, 2013-cü il sentyabrın 15-də Bül-bülə qəsəbəsi S.Bəhlulzadə küçəsində Sumqayıt şəhər sakini Arzuman Hümbətovun taksi kimi idarə etdiyi «Daewoo» markalı avtomaşında olarkən sürücüdən 50 manat alıb qaçmışdır. Araşdırmalar zamanı onun 19 dekabr 2013-cü ildə T.Bayram küçəsində Nicat Nəbiyevə məxsus «VAZ-2106» markalı avtomobili qaçırdığı müəyyən olunub.