Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1092


Yanvarın 20-si saat 12:30 radələrində Şağan qəsəbəsi Xətai küçəsində yaşayan Mənsur Xudiyevin evindən, pəncərəni açma yolu ilə qızıl-zinət əşyaları oğurlanmışdır. Xəzər RPİ CAŞ və 1-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rizvan Səfərov tutulub.

Binəqədi RPİ CAŞ və 40-cı PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samir İbadovdan 0,199 qram, əvvəllər məhkum olunmuşlar Xanbala Məlikovdan 0,178 qram, Ayat Məmmədovdan isə 0,183 qram heroin aşkar olunaraq götürülmüşdür. Müəyyən olunmuşdur ki, onlar 2013-cü il dekabrın 28-dən 2014-cü il yanvarın 1-nə dək olan müddətdə Hökməli qəsəbəsində Nəzakət Səmədovanın, yanvarın 5-nə keçən gecə Çiçək qəsəbəsində Adəm Salahovun, yanvarın 11-nə keçən gecə Hökməli qəsəbəsində Rasim Seyidovun, yanvarın 14-də Yuxarı Çiçək Xatirə Əliyevanın, yanvarın 15-nə keçən gecə isə Hökməli qəsəbəsində Subhəddin Məhərrəmovun evindən pəncərəni sındırma yolu ilə oğurluq ediblər.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov və Ağdaş rayon sakini Qabil Sadıxov tutulmuşlar. Məlum olub ki, onlar 2013-cü il oktyabrın 4-də Lermantov küçəsi 3-də yerləşən, Validə Zeynalovaya məxsus və dekabrın 3-nə keçən gecə S.Rüstəmov küçəsində yerləşən, Nüşabə Əhmədovaya məxsus mağazadan geyim əşyaları oğurlanıb.

Yanvarın 5-nə keçən gecə Lermontov küçəsində Nüşrəvan Rəsulova məxsus «Toyota» markalı avtomobildən, şüşəni sındırma yolu ilə oğurluq etmiş Bakı şəhər sakini Təbriz Tahirov Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ 12-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Hüseynovdan 405 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.